Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
"Bakı Metropoliteni" QSC-nin "20 Sentyabr" stansiyasının gələn ilin birinci yarısına qədər tam istismara verilməsi hədəflənir. Hazırda stansiyada tikinti işləri başa çatıb, tamamlama işləri aparılır.
Milli.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin Tikinti layihələrinin idarə edilməsi departamentinin rəhbəri Məmməd Rzayev jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, "20 Sentyabr" stansiyasında tətbiq olunan xüsusi memarlıq həlli ilə əlaqədar bir sıra işlər görülüb və zəruri məsələlər həllini tapıb.
'20 Sentyabr" stansiyası ilə bağlı tikinti işləri başa çatıb, hazırda tamamlama işləri icra olunur. Bilirsiniz ki, burada xüsusi memarlıq həlli tətbiq edilir. Bununla əlaqədar materialların ölkə xaricindən gətirilməsi, logistika və digər məsələlər var idi. Bütün bu məsələlər tənzimlənib, işlər qrafikə uyğun davam edir", - deyə M.Rzayev qeyd edib.
Departament rəhbəri vurğulayıb ki, hazırda əsas diqqət stansiyada tamamlama işlərinin yekunlaşdırılmasına yönəlib. Mövcud qrafikə əsasən, stansiyanın gələn ilin birinci yarısında tam istismara verilməsi nəzərdə tutulur.
"Gələn ilin yarısına qədər stansiyanın tam istismara verilməsi hədəfimizdir", - deyə o əlavə edib.
M.Rzayev, həmçinin "28 May" və "Nizami" stansiyaları arasında tikilən mənzil tuneli barədə məlumat verib. Onun sözlərinə görə, ümumi uzunluğu 211 metr olan tunelin qazılması işlərinə başlanılıb və indiyədək 63 metrlik hissədə qazıntı işləri tamamlanıb.
"Tunelin qazma prosesinə başlanılıb. Bu günə qədər 63 metr hissədə qazma işləri icra olunub və işlər planlı şəkildə, qrafikə uyğun davam etdirilir", - deyə o bildirib.
M.Rzayev qeyd edib ki, gələcəkdə həmin tunelin "Nizami" - "Cəfər Cabbarlı" tunelinə çevrilməsi nəzərdə tutulur.
Müəllif: Mina Mikayılova
DİGƏR XƏBƏRLƏR
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
"Mən qoca deyiləm"
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var - (Video)
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Milyonlarla insana şad xəbər - Pensiya və müavinətlər...





