Cəmiyyət

General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)

23 Oktyabr 2026 12:29
Baxış: 391
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Oktyabrın 20-də Xəzər TV-də general Arif Heydərovun həyat və taleyindən bəhs edən "Səni xatırlayırıq, Arif!" adlı sənədli film nümayiş olunub.

Milli.Az xəbər verir ki, Əli-Səttar Quliyev və Rüstəm Babazadənin Leonid Mleçinin iştirakı ilə hazırladığı film generalın cəbhə kəşfiyyatından Azərbaycanın Daxili İşlər Nazirliyinə rəhbərlik etdiyi dövrədək keçdiyi həyat yolunu əhatə edir.

Filmdə arxiv sənədləri, onun müasirlərinin xatirələri və indiyədək dərc olunmamış materiallar təqdim edilib. Tamaşaçılara generalın qətlə yetirilməsinin şəraiti və faciədən əvvəl baş vermiş hadisələrin naməlum təfərrüatları barədə məlumat verilib.

Arif Heydərov hansı xidmətlərinə görə Sovet İttifaqı Qəhrəmanı adına təqdim edilmişdi? Heydərov ailəsini İkinci Dünya müharibəsi dövründə İranda baş verən hadisələrlə nə bağlayır? SSRİ-nin Ankaradakı səfirliyinin üzərində Azərbaycan bayrağı necə dalğalanmışdı? Vladimir Jirinovskinin Türkiyədə azad edilməsində kimin rolu olmuşdu?

Bu və digər sualların cavabları "Səni xatırlayırıq, Arif!" sənədli filmində yer alıb.

Sizə "Səni xatırlayırıq, Arif!" filmini təqdim edirik.

Müəllif: Nərmin Mahmudova (Milli.Az müxbir)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.