ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən
Azərbaycan Tibb Universitetinin (ATU) əməkdaşının elmi tədqiqatı Londonda keçirilən beynəlxalq neyroradiologiya tədbirlərində təqdim olunub.
ATU-nun Radiologiya kafedrasının baş laborantı, doktorant Ruqiyyə Əhmədlinin tədqiqat işi XXIII Neyroradiologiya Simpoziumu, Avropa Neyroradiologiya Cəmiyyətinin 49-cu İllik İclası və Britaniya Neyroradiologiya Cəmiyyətinin İllik İclası çərçivəsində poster formatında nümayiş etdirilib.
"İntraventrikulyar pilositik astrositomada görünən diffuziya əmsalının (ADC) dəyərləri" adlı tədqiqatda bu törəmələrin maqnit-rezonans tomoqrafiyası (MRT) xüsusiyyətləri, xüsusilə diffuziya ağırlıqlı görüntüləmə (DWI) və görünən diffuziya əmsalı (ADC) göstəriciləri araşdırılıb.
İşdə ADC göstəricilərinin intraventrikulyar pilositik astrositomaların radioloji xarakteristikasında və digər intraventrikulyar törəmələrdən fərqləndirilməsində rolu qiymətləndirilib.
Tədqiqatın xülasəsi beynəlxalq elmi nəşr olan "Neuroradiology" jurnalının konfransa həsr edilmiş xüsusi buraxılışında da dərc olunub.
Dünyanın müxtəlif ölkələrindən neyroradiologiya sahəsində fəaliyyət göstərən alim və mütəxəssisləri bir araya gətirən tədbirlərin elmi proqramında müasir neyroradioloji görüntüləmə metodları, süni intellektin radiologiyada tətbiqi, neyroonkoloji xəstəliklərin diaqnostikası və invaziv neyroradiologiyada yeniliklər müzakirə edilib.
ATU əməkdaşının tədqiqatı BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən (DİM) 3-cü məqsədinə - Sağlamlıq və rifahın təmin edilməsinə xidmət edir. Tədqiqatın beynəlxalq elmi platformalarda təqdim olunması isə DİM 4 - Keyfiyyətli təhsil məqsədi çərçivəsində elmi biliklərin paylaşılması və tədqiqatçıların peşəkar inkişafına töhfə hesab edilir. Tibbi görüntüləmə metodlarının araşdırılması da DİM 9 - Sənaye, innovasiya və infrastruktur məqsədinin innovasiya və elmi-texnoloji inkişaf istiqamətləri ilə uzlaşır.
Müəllif: Malik Məlikov (Milli.Az redaktor)
Məqaləyə dair fotomateriallar:
DİGƏR XƏBƏRLƏR
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
XƏBƏR LENTİ
-
"Mən qoca deyiləm"
-
Növbəti köç karvanları Xocavənd və Ağdərəyə çatıb - (Yenilənib)
-
5 il hərbi təhsil alanlara aid yenilik - Qanun dəyişir
-
Türkiyədə mədəndə partlayış: 2 ölü, 5 yaralı var - (Video)
-
Ali təhsilli zabitlərin hərbi rütbədə olma müddəti azaldılacaq
-
Prezident İlham Əliyev Fərhad Xəlilova “İstiqlal” ordenini təqdim edib - (Foto)
-
Prezident İlham Əliyev Xalq rəssamı Fərhad Xəlilovu təbrik edib
-
Fərhad Xəlilov “İstiqlal” ordeni ilə təltif edilib
-
General Arif Heydərova həsr olunan sənədli film nümayiş edildi - (Video)
-
Şimşək çaxacaq, intensiv yağış yağacaq - Proqnoz
-
ATU əməkdaşının tədqiqatı Londonda təqdim olunub - (Foto)
-
“Yüksək gəlir hələ başlanğıcdır - TL kart hədiyyəsi də Ziraat Bank Azərbaycandan!”
-
Bakıda yeni metro stansiyası nə vaxt açılacaq? - Tarix açıqlandı
-
5 bürc üçün yeni mərhələ başlayır: Həyatlarında nələr dəyişəcək?
-
Hafiz İsmayılbəylinin vəzifəsi 7 illik artırıldı - Dosye
-
Zenfira İbrahimova: “4 il əvvəl qabırğalarımı çıxartdırmışam”
-
Müasir Azərbaycanın beynəlxalq münasibətlər tarixini öyrənənlər üçün dəyərli əsər
-
“Terminal işləmir” bəhanəsi ilə nağd pul istəyirlər? - Obyektləri bu cəza gözləyir
-
Reza Deqati Parisdə yaralandı
-
Vahid Mirzəyev yüksək vəzifəyə təyin edildi
-
Azərbaycanın Milli Qəhrəmanı Gürcüstanda saxlanılıb
-
Yaxın günlərdə "İçərişəhər"-"Həzi Aslanov" metro xəttində birbaşa hərəkət bərpa olunacaq
-
Azərbaycan Prezidenti İlham Əliyev Hindistanın xarici işlər nazirini qəbul edib - (Foto-Video)
-
Milyonlarla insana şad xəbər - Pensiya və müavinətlər...





