İdman

Ronaldo 57 milyon avroluq malikanə tikdirir - 23 otaq, 20 maşınlıq qaraj...

23 Oktyabr 2026 02:02
Baxış: 271
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

Dünya şöhrətli futbolçu Kriştiano Ronaldo Lissabonda dəyəri 30 milyon avro (təxminən 57 milyon manat) olan nəhəng malikanə tikdirir.

Milli.Az xəbər verir ki, Portuqaliya mətbuatının məlumatına görə, futbolçunun gələcəkdə yaşamağı planlaşdırdığı malikanə ölkəsinin paytaxtı Lissabonun mərkəzindən 30 kilometr məsafədə inşa edilir.

Malikanədə 23 otaq, 7 vanna otağı olacaq. Mülkdı iki - Atlantik okeanına açılan mənzərəsi olan hovuzla yanaşı, şüşə döşəməli xüsusi hovuzun da inşa ediləcəyi qeyd olunur.

Villa müasir avadanlıqlarla təchiz olunmuş şəxsi kinoteatr da yer alacaq. Bundan başqa, Ronaldonun milyonlarla avro dəyərində lüks avtomobil kolleksiyasını saxlamaq üçün 20 avtomobillik yeraltı qaraj tikiləcək. (Axşam.az)

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.