İdman

Oyunda olarkən Bruno Fernandeşin evi qarət edildi

23 Oktyabr 2026 00:21
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 9.9%-dən

İngiltərənin "Mançester Yunayted" klubunun kapitanı Bruno Fernandeşin evi Çempionlar Liqasının Liqa mərhələsinin III turunda İtaliyanın "Komo" klubu ilə keçirilən səfər oyunu zamanı qarət edilib.

Milli.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə futbolçunun komandası ilə birlikdə İtaliyada olduğu vaxt baş verib.

Məlumata görə, Şeşir qraflığında (İngiltərə) yerləşən və dəyəri 4 milyon funt-sterlinq qiymətləndirilən evdə cinayət baş verən anda heç kim olmayıb. Hərəkətliliyi hiss edən qonşular dərhal hüquq-mühafizə orqanlarına xəbər veriblər. Oğruların evdə 5 dəqiqədən az müddətdə qaldığı və polisin gəlişinədək ərazini tərk etdiyi bildirilir. 

Dəymiş ziyanın dəqiq məbləği açıqlanmır. Faktla bağlı polis tərəfindən araşdırma aparılır, ətraf ərazilərdəki təhlükəsizlik kameralarının görüntüləri incələnir.

Qeyd edək ki, İtaliyanın "Cüzeppe Siniqalya" stadionunda keçirilən qarşılaşma "Komo"nun 4:1 hesablı böyük qələbəsi ilə başa çatıb. Çempionlar Liqasında üst-üstə ikinci məğlubiyyətini alan "qırmızı şeytanlar" növbəti turda, noyabrın 3-də öz meydanında İtaliyanın digər təmsilçisi - "Roma"nı qəbul edəcək.

Müəllif: Ülkər Vəliyeva (Milli.Az redaktor)

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.