Türkiyə

KAAN-ın ilk uçuş tarixi dəyişdirildi

26 Dekabr 2023 18:15
Baxış: 691
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin KAAN milli döyüş təyyarəsinin 27 dekabr tarixində həyata keçirilməsi planlaşdırılan uçuşunun vaxtı dəyişdirilib.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən həyata keçirilən Türkiyənin ən əhəmiyyətli texnologiya layihələrindən biri olan KAAN-ın uçuşu üçün hazırlıq və sınaqlar bütün sürəti ilə davam edir.

Bu günə qədər KAAN-ın oturacaq testləri, tam uzunluqlu statik sınaqlar, idarəetmə səthlərinin ətalət və statik sınaqları, eniş mexanizmlərinin düşmə testləri, sistem inteqrasiyası laboratoriyasında avionik sistem sınaqları, yanacaq sınaqları və mühərrikin işə salınması sınaqları həyata keçirilib.

Yer sınaqları və taksi sınaqları tamamlandıqdan sonra KAAN-ın bir neçə həftə sonra ilk uçuşunu həyata keçirməsi gözlənilir.

Qeyd edək ki, Türk Uçak Sanayi Anonim Ortaklığı (TUSAŞ) tərəfindən hazırlanan milli döyüş təyyarəsinin məqsədi ABŞ-dan alınan F-16 və F-35 qırıcı təyyarələrini əvəz etməkdir. Milli Döyüş Təyyarəsinin ilk uçuş testi 2023-cü il martın 16-da keçirilib və uğurla tamamlanıb.

Mayın 1-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Ankarada keçirilən "İstikbalin Yüzyılı" proqramında Milli Döyüş Təyyarəsinə KAAN adını verib.

Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.