Türkiyə

Evli qonşuların gizli eşq macəraları faciəyə səbəb oldu - FOTOlar

29 Noyabr 2023 12:03
Baxış: 2 776
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Ankarada iki qonşunun gizli eşqi qətllə bitib.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gecə saatlarında Mamak məhəlləsində baş verən hadisədə həm evli, həm də uşaq sahibi olan Həsən D. ilə üzbəüz yaşayış binasından qonşusu N.B.  tanış olduqdan qısa müddət sonra sevgili olublar. Bir neçə ay birlikdə olan və bu müddət ərzində münasibətlərini gizlətdiyi iddia edilən cütlük Həsən D.-nin istəyi ilə ayrılıb.

Sevgilisini geri qaytarmaq cəhdləri heç bir nəticə verməyən N.B əlindəki silahla Həsən D.-nin yaşadığı yaşayış binasının qarşısında gözləməyə başlayıb. Keçmiş sevgilisinin gəldiyini görən N.B bir neçə dəfə atəş açıb.

Ətrafdakıların xəbəri üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həsən D. hadisə yerində ölüb.

Hücum edən N.B tutularaq saxlanılıb.

Qeyd edək ki, cütlüyün birinin 3 , digərinin 2 uşağı var imiş.

Milli.Az

Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.