Türkiyə

Volkan Demirelin "Kim Milyoner Olmak İster" yarışmasındakı CAVABI gündəm oldu - VİDEO

30 Oktyabr 2023 10:37
Baxış: 2 096
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyə qadın voleybol milli komandasının üzvü Zehra Güneş "Kim Milyoner Olmak İster" proqramına qatılıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, veriliş zamanı maraqlı anlar yaşanıb.

Belə ki, Zehra ona verilən suallardan birini cavablamaq üçün "Hatayspor" klubunun baş məşqçisi Volkan Demirele müraciət edib.

İdmançıya "2008-ci ildə UEFA Çempionlar Liqasının dörddəbir finalına çıxmaq üçün mübarizə aparan "Fənərbağça" və "Sevilya" iki matçda qalib gələ bilmədikdə və penalti seriyasında qaldıqda nə baş verdi?" sualı ünavnlanıb.

Volkan Demirelin bu suala cavabı Zehra Güneşi və zalda əyləşən tamaşaşıları güldürüb.

Volkan "Fənərbağça" nın qapıçısı, yəni mən 3 penaltini xilas etdim" deyərək suala cavab verib. Yarışmadan lentə alınan kadrlar sosial şəbəkələrdə yayılaraq əks-səda doğurub.

Zehra əldə etdiyi pulu "Hatayspor"a bağışlayacağını bildirib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.