Türkiyə

Kıvanç 100 milyonluq dələduzluğu necə etdi? - Fırıldaq üzə çıxdı

21 Oktyabr 2023 19:45
Baxış: 802
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə insanları aldadaraq onlardan 100 milyon lirə (təxminən 6 milyon 70 min AZN) pul yığan fenomen Kıvanç Talu ilə bağlı şok iddialar ortaya çıxıb.

Milli.Az baku.ws-ə istinadən bildirir ki, arvadı Beril Talu ilə birləşərk dələduzluq edən Kıvançın səs yazısı yayılıb.

Cütlüyün orta məktəb yoldaşları və yaxınlarının hər birindən 1-2 milyon lirə məbləğində pul aldığı məlum olub.

Onlar evlərində çalışan xadimənin avtomobilini də satdırıblar. Fenomenin sürücüsü də onun dələduzluğunun qurbanı olub.

Qeyd edək ki, Türkiyədə "Var Böyle Tipler" instaqram səhifəsi ilə məşhurlaşan fenomen Kıvanç həyat yoldaşı Beril Talu ilə insanlardan külli miqdarda pul toplayaraq ölkədən qaçIB.

Onlar həmin şəxslərə böyük reklam layihəsi həyata keçirəcəklərini və bura qoyulan pullarının yüksək faizlə yenidən sahibinə qayıdacağını deyiblər.

Daha sonra yığdıqları 100 milyon lirə (təxminən 6 milyon 70 min AZN) pul götürərək aradan çıxıblar. Onlar hazırda Portuqaliyadadırlar.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.