Türkiyə

Türkiyənin Aİ-yə üzvlüyünü dəstəkləyirik - Bolqarıstan XİN

22 Avqust 2023 14:12
Baxış: 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin Avropa İttifaqına üzvlüyünü dəstəkləyirik.

Milli.Az-ın TurkicWorld-ə istinadən məlumatına görə, bu sözləri Bolqarıstanın xarici işlər naziri Mariya Qabriel Türkiyənin xarici işlər naziri Hakan Fidanla görüşü zamanı keçirilən mətbuat konfransında deyib.

"Türkiyə Aİ-yə üzvlük prosesindədir. Bolqarıstan Aİ-yə üzv olan bir dövlət kimi, Türkiyənin bu təşəbbüsünü dəstəkləyir",- deyə Bolqarıstanın xarici işlər naziri bildirib.

Qeyd edək ki, daha öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin təsdiqlənməsi üçün Türkiyənin də Avropa İttifaqına üzv olmasının lazım olduğunu bildirmişdi.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.