Türkiyə

İbrahim Tatlısəsdən yanğına görə ondan pul istəyənlərə sərt cavab: “5 qəpik də verməyəcəm” - VİDEO - FOTO

13 İyun 2023 14:04
Baxış: 1 257
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyəni İzmir şəhərində Folkart şəhərciyində aprel ayında güclü yanğın baş verib. Həmin vaxt evləri məhv olanlar arasında məşhur türkiyəli müğənni İbrahim Tatlısesin də adı olub. Daha böyük fəlakətin qarşısı isə Tatlısesin evdə olmaması ilə alınıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, aylar sonra məşhur müğənni yanğınla bağlı paylaşım edib.

O, kompleksi tikənlərə üsyan edib.

"Hər kəs "keçmiş olsun, eviniz yandı" deyir. Mən də deyirəm ki, tək evimiz yansaydı, yaxşı idi. Mənim 45 il ərzində aldığım mükafatlarım yandı. Şəhərciyi tikənlər günahkar olduqları halda, ev sahiblərindən necə pul almağın dərdindədirlər! Beş qəpik də verməyəcəyəm", - deyə müğənni sərt şəkildə bildirib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.