Türkiyə

Hulusi Akarla Mövlud Çavuşoğlu da deputat seçildi

15 May 2023 09:59
Baxış: 2 221
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyədə Nazirlər Kabinetinin 16 üzvü parlament seçkilərində qalib gəlib.

Milli.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, 28-ci dövr millət vəkili ümumi seçkilərində 16 nazir AKP-dən deputat seçilib.

Bunların arasında milli müdafiə naziri Hulusi Akar, xarici işlər naziri Mövlud Çavuşoğlu, daxili işlər naziri Süleyman Soylu, ədliyyə naziri Bekir Bozdağ, ailə və sosial xidmətlər naziri Derya Yanık, ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum, əmək və sosial müdafiə naziri Vedat Bilgin, enerji və təbii qaynaqlar naziri Fatih Dönmez, gənclər və idman naziri Mehmet Muharrem, xəzinə və maliyyə naziri Nureddin Nebati, milli təhsil naziri Mahmut Özer, sənaye və texnologiya naziri Mustafa Varank, kənd təsərrüfatı naziri Vahit Kirişçi, ticarət naziri Mehmet Muş və nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu yer alıb.

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.