Şou-biznes

Aktrisa gül satan uşağı maşınla vurub hadisə yerindən belə qaçdı - ANBAAN VİDEO

15 Noyabr 2025 14:20
Baxış: 697
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyəli aktrisa Mina Derman maşını ilə uşaq vuraraq hadisə yerindən qaçıb.

Milli.Az Türkiyə mediasına istinadla xəbər verir ki, Bebekte məkandan çıxan aktrisa jurnalistlərə görüntü verməmək üçün yolda çiçək satan uşağı maşını ilə vurub. Qəzanın fərqində olsa da, maşınından enməyən aktrisa hadisə yerindən uzaqlaşıb.

Vurduğu uşaq isə axsayaraq həmin yerdən uzaqlaşıb. Aktrisa hərəkətinə görə türk mediasında sərt şəkildə tənqid olunur.

Mina Derman bu barədə açıqlama verərək bu sözləri deyib:

"Mənim haqqımda yayılan xəbərlərlə bağlı açıqlama verməyə məcburam. Heç bir qəza baş verməyib və o vaxt bizimlə olan bütün müxbirlərimiz buna şahid olublar. Əksinə, sözügedən oğlan bir maşının dalınca qaçarkən qəfildən qarşımda kəsilib ona dəydi. Geri döndüyüm zaman artıq ayağa qalxıb qaçırdı" .

Fidan
Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.