Türkiyə

Türkiyədə şəhidin dəfnində gülən şəxslərin kimliyi bilindi

16 Noyabr 2025 00:25
Baxış: 574
VTB-də yüksək depozit faizleri daha çox qazandırır

Türkiyənin Muğla şəhərində şəhid Emrah Kuranın dəfn mərasimində gülən şəxslərin AK Parti Muğla Böyükşəhər Bələdiyyə Sədri namizədi Aydın Ayaydın və CHP Milas Bələdiyyə Sədri Fevzi Topuz olduğu məlum olub.

Milli.Az xəbər verir ki, görüntülər sosial şəbəkələrdə sürətlə yayılaraq kəskin tənqidlərə səbəb olub. Hadisədən sonra açıqlama verən Aydın Ayaydın bildirib ki, onun gülüşü yanındakı şəxslərin etdiyi zarafata reaksiyadır və şəhidə hörmətsizlik etmək məqsədi daşımayıb.

Ayaydın qeyd edib ki, ürək əməliyyatından sonra həkimlərin xəbərdarlığına baxmayaraq mərasimə qatılıb. "Namazın başlamasını gözləyərkən yanımdakı rəsmi şəxslərdən biri 'Ürəyinizi yeniləmisiniz, sahədə sizinlə başa çıxmaq daha da çətin olacaq' deyə zarafat etdi. Mən də refleks olaraq bir neçə saniyəlik gülümsədim. Beş saatlıq mərasimin yalnız bu qısa anını alıb şəhidimizə hörmətsizlik etmiş kimi göstərənləri vicdanları ilə baş-başa buraxıram," - deyə o, bildirib.

Xatırladaq ki, noyabrın 11-də Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus "C-130" hərbi yük təyyarəsi Gəncə hava limanından qalxdıqdan 27 dəqiqə sonra Gürcüstan ərazisində radarlardan itərək qəzaya uğrayıb. Qəza nəticəsində təyyarənin göyərtəsində olan heyət üzvləri daxil olmaqla 20 hərbçinin hamısı həlak olub.

Lalə Qüdrətova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.