Türkiyənin Beşiktaş ərazisində metro tikintisi zamanı çökmə baş verib. Hadisə mənfi 6-cı mərtəbədə betonlama zamanı hələ məlum olmayan səbəbdən baş verib.
Milli.Az xəbər verir ki, hadisə zamanı ümumilikdə 5 işçi uçqun altında qalıb. Onlardan 3-ü xəstəxanaya çatdırılıb. Təəssüf ki, işçilərdən biri bütün tibbi müdaxilələrə baxmayaraq həyatını itirib. Qalan 2 işçi isə müalicə altındadır.
Hadisənin səbəbləri hələ araşdırılır və tikinti şirkəti tərəfindən məsuliyyət daşıyanlar barədə əlavə açıqlama gözlənilir.
Lalə Qüdrətova
Milli.Az





