Türkiyə

Namaz qılarkən infarkt keçirdi - VİDEO - FOTO

7 Aprel 2023 17:24
Baxış: 1 319
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Türkiyənin Manisa vilayətində Nazmi Başaran adlı şəxs namaz qıldığı zaman vəziyyəti pisləşib və yerə yıxılıb.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu zaman orada olan bələdiyyə sədri Mehmet Çerçi ona ilkin tibbi yardımı göstərib.

Eyni zamanda həkim olan bələdiyyə sədri Mehmet Çerçi və həmçinin qadınlar olan hissədən köməyə gələn tibb bacısı infarkt keçirən şəxsi ölümdən xilas ediblər.

Cerçi ona ürək masajı edib, tibb bacısı isə süni nəfəs verib. Daha sonra Nazmi Başaran sağlamlıq qruplarına təhvil verilib və o, xəstəxanaya aparılıb. Onun infarkt keçirdiyi məlum olub. Başaranın reanimasiya şöbəsində müalicəsi davam edir.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.