Türkiyə

Türkiyədə zəlzələ bölgəsində yeni qadağa tətbiq olunub

23 Fevral 2023 09:21
Baxış: 1 686
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyədə zəlzələ zonasında fövqəladə vəziyyət dövründə daha bir qadağa tətbiq edilib.

Milli.Az oxu.az-a istinadən xəbər verir ki, bu barədə əmək və əhalinin sosial müdafiəsi naziri Vedat Bilgin məlumat verib.

Nazirin verdiyi açıqlamaya görə, fövqəladə vəziyyət dövründə zəlzələ bölgəsində işçilərin qorunması üçün vətəndaşların işdən çıxarılmasına qadağa qoyulub.

"Zəlzələ bölgəsində işçilərimizi qorumaq üçün fövqəladə vəziyyət dövründə işdən çıxarılma qadağası tətbiq edirik. Bölgədəki işçilərimizin işləyə bilmədiyi müddət üçün qısamüddətli iş müavinəti ilə onlara maddi dəstək veririk. Zəlzələ nəticəsində iş yerləri bağlanan və işsizlik müavinəti, yaxud qısamüddətli iş müavinəti ala bilməyən zəlzələ qurbanlarına gündə 133,44 türk lirəsi nağd maddi yardım ayırırıq. Sosial Dövlət şüuru ilə zəlzələ bölgəsində işçilərimizin yanındayıq və yaraların sağalması üçün çalışırıq", - Bilgin sosial şəbəkə səhifəsində yazıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.