Türkiyənin Bursa şəhərində dilənçilik etdiyi üçün saxlanılan yaşlı qadının üzərindən külli miqdarda pul çıxıb.
Milli.Az metbuat.az-a istinadən xəbər verir ki, Hacer Öztürk adlı qadının üzərindən 26 min 300 lirə ilə yanaşı 5 min lirə dəyərində hədiyyə çekləri çıxıb. Dilənçinin üzərindən çıxan külli miqdarda pul polisləri heyrətə gətirib. Qadın iddia edib ki, o dilənçi deyil. Pulları isə ona xeyirxah insanlar verib. Polis qadının pullarını dövlətin nəzarətinə keçirib. Qadına 270 lirə cəza kəsilərək sərbəst buraxılıb.
Milli.Az