İdman

Ulduz futbolçu bu hərəkəti ilə Premyer Liqanı qarışdırdı - VİDEO - FOTO

15 Avqust 2021 13:37
0 Şərh     Baxış: 1 304
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İngiltərə Premyer Liqasının ilk turunda "Lester" "Vulverhempton"u 1:0 hesabı ilə məğlub edib. Oyundakı yeganə qola 41-ci dəqiqədə Ceymi Vardi imza atıb.

Milli.Az Fanat.az-a istinadən xəbər verir ki, 34 yaşlı futbolçu qoldan sonra etdiyi hərəkətlə gərginliyə səbəb olub. Belə ki, Vardi ləqəbi "qurdlar" olan rəqibin tribunasına yaxınlaşaraq qurd kimi ulayıb.

Bu isə rəqib azarkeşlərin qəzəbinə səbəb olub. Onlar futbolçunu fitə basıb və əleyhinə şüarlar səsləndirib. Vardinin bu hərəkəti rəqibə qarşı hörmətsizlik kimi qəbul edilib və sosial mediada sərt şəkildə tənqid olunub.

Milli.Az 

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.