İdman

Messi artıq "Barselona"nın oyunçusu deyil: son 21 ildə İLK

1 İyul 2021 10:09
1 Şərh     Baxış: 2 042
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Tarixin ən yaxşı futbolçularından biri olan Lionel Messi artıq "Barselona" nın oyunçusu deyil. 

Milli.Az lent.az-a istinadən xəbər verir ki, iyulun 1-də saat 00:0-də argentinalının Kataloniya klubu ilə müqavilə müddəti başa çatdığı üçün artıq azad agentdir. Tərəflər yaxın olsalar da, yeni müqaviləni isə hələ ki imzalamayıblar. 

Messi formal olaraq azad agent kimi transfer qiyməti ödənilmədən istənilən kluba keçə bilər. 34 yaşlı futbolçunun transfer dəyəri 80 milyon avro qiymətləndirilir. 

Lionel Messi "Barselona"nın strukturana 2000-ci ildə daxil olub. O, əsas komandada 2003-cü ildə debüt edib. Messi ötən mövsüm İspaniya çempionatının 35 oyununda 30 qol vurub, 9 məhsuldar ötürmə verib. 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.