İdman

Oyun 10-cu dəqiqədə dayandırıldı - ONA GÖRƏ

18 İyun 2021 15:42
Baxış: 1 334
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Avropa çempionatının Damimarka - Belçika oyunu 10-cu dəqiqədə dayandırılıb.

Milli.Az sportinfo.az-a istinadən xəbər verir ki, bu addım yerli komandanın yarımmüdafiəçisi Kristian Eriksenə dəstək məqsədilə atılıb.

Eriksen ilk turun Finlandiyaya 0:1 hesabı ilə uduzduqları oyun zamanı ürəktutması keçirib.

Fasilə zamanı azarkeşlər və oyun iştirakçıları 29 yaşlı futbolçunu alqışlamaq imkanı əldə ediblər. 10 nömrəli forma ilə çıxış edən Eriksenin şərəfinə tezliklə sağalmasını diləyən bannerlər nümayiş etdirilib.

İyunun 12-də Finlandiya ilə görüşdə Kristian Eriksen huşunu itirərək, yerə yıxılıb. 15 dəqiqə ərzində təcili yardım göstərildikdən sonra onu xəstəxanaya apararaq, vəziyyətini sabitləşdiriblər.

Xəstəxanada qalacaq futbolçu üzərində bütün lazımi müayinələr aparılır. İndi həkimlər oyunçuya implant dərialtı kardioverter-defibrillyator quraşdırmaq niyyətindədirlər.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.