İdman

Qəddar məşqçi qovuldu

6 May 2021 17:13
Baxış: 867
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Almaniyanın Saksoniya Olimpiya Bədii Gimnastika Mərkəzinin rəhbəri Qabriele Freze idmançıların kobud rəftarla bağlı şikayətləri ilə əlaqədar işdən çıxarılıb.

Milli.Az lent.az-a istinadən xəbər verir ki, keçmiş dünya çempionu Polina Şeferin da aralarında olduğu 10-dan çox gimnast mütəxəssisin iş zamanı onları təhqir etdiyini və tabeçiliyindəkilərə həkim resepti olmadan dərman verdiyini açıqlayıb. 

Almaniyanın Gimnastika Federasiyası müstəqil araşdırma aparıb və nəticədə Freze tərəfindən 17 epizod üzrə psixoloji istismar aşkar edib. Məşqçi bütün ittihamları rədd etsə də, lakin bu, onun işdə qalmasına kömək etməyib. 

60 yaşlı Freze məhkəmənin qərarından şikayət vermək niyyətindədir. 

Milli.Az 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.