İdman

Məsut Özil klub aldı

13 Aprel 2021 15:54
Baxış: 1 084
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Fənərbaxça"nın futbolçusu Məsut Özil Meksika klublarından "Necaxa"nın şəriki olub.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi ABŞ-dan iş adamları Ol Tailis, Sam Porter, dünyaca məşhur model Eva Lonqoriya, model Keyt Apton, beysbol ulduzu Castin Verlanderlə birgə "Necaxa"nın hissədarlarından biri olub. Klub Meksika Superliqasında mübarizə aparır. Həmçinin komanda kifayət qədər azarkeşə malikdir. Özil belə bir addım atmaqla Meksikada klub alan ilk türkiyəli olub.

Qeyd edək ki, "Necaxa" hazırda yerli çempionatda 10 xalla sonuncu- 18-cidir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.