İdman

“Qalatasaray”da son oyununa çıxacaq - Derbidə

5 Fevral 2021 15:09
Baxış: 947
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Qalatasaray" hücumçusu Radamel Falkao ilə yollarını ayırmağa yaxındır.

Milli.Az apasport.az-a istinadla bildirir ki, Kolumbiya millisinin üzvü karyerasını ABŞ-da davam etdirməyə hazırlaşır.

İspaniyadakı müalicəsini başa vurduqdan sonra Türkiyəyə qayıdan və kollektivə qoşulan ulduz futbolçu MLS liqasında mübarizə aparan "Neşvill" klubu ilə ilkin razılığa gəlib. ABŞ-da "transfer pəncərəsi" fevralın 10-da açılacaq və Falkaonun keçidinin həmin gün açıqlanması gözlənilir. Bu səbəbdən 35 yaşlı forvard fevralın 6-da Türkiyə Super Liqasının XXIV turunda "Fənərbaxça" ilə keçiriləcək derbidə son dəfə meydanda olmaq arzusundadır.

Qeyd edək ki, Radamel Falkao "Qalatasaray"a 2019-cu ildə "Monako"dan keçib.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.