İdman

Messinin müqaviləsinin üstü açıldı - 555 milyon avro

31 Yanvar 2021 13:59
Baxış: 1 830
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

İspaniyanın "El Mundo" nəşri Lionel Messinin 2017-ci ildə "Barselona" ilə imzaladığı müqavilənin maddi tərəflərinin üstünü açıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, qəzet iddia edib ki, 4 illik bu müqaviləyə əsasən, argentinalı futbolçu ümumən 555 milyon avro qazanmalıdır. Bura futbolçunun illik gəliri ilə yanaşı mükafatlar da daxildir.

Qeyd edək ki, hazırkı müqavilə 2021-ci iln iyunun 30-da başa çatır. Ötən yay futbolçu klubu tərk etmək istəsə də, klub rəhbərliyi Messini buraxmayıb. Nəticədə tərəflər arasında narazılıqlar yaranıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.