İdman

"Messini heç vaxt rəqib kimi görməmişəm" - Ronaldo

9 Dekabr 2020 15:04
Baxış: 1 015
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo növbəti dəfə "Barselona"nın kapitanı Lioenel Messi ilə münasibətlərindən danışıb.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, portuqaliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 6-cı turunda səfərdə "Barselona"ya qalib gəldikləri oyundan (3:0) sonra Messi haqda fikirlərini bildirib. O, argentinalı hücumçunun heç vaxt rəqib kimi görmədiyini bildirib:

"12-13 ildir ki, birlikdə müxtəlif mükafatlandırma mərasimlərində iştirak edirik. Onu heç vaxt rəqib kimi görməmişəm. Hər şey media tərəfindən şişirdilir. Həmişə çox yaxşı münasibət qurmuşuq. Messidən soruşsanız, o da sizə eyni şeyləri söyləyəcək".

Xatırladaq ki, Ronaldo ötən gecə "Barelona" ilə keçirilən görüşdə dubl edib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.