"Real"ın baş məşqçisi Zinəddin Zidan komandanın kapitanı Serxio Ramos haqda danışıb.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, o, 34 yaşlı oyunçunu futbol tarixinin ən yaxşı müdafiəçisi hesab edib: "Ramos ən yaxşı müdafiəçilərdən biridir. Bunu "Real"dakı çıxışları ilə sübut etdi. Məncə tarixin ən yaxşı müdafiəçisidir".
Qeyd edək ki, Ramosun hazırkı müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Milli.Az