İdman

Ronaldu ilə oğlu arasında "soyuq rüzgarlar" əsir? - reaksiyası gündəm oldu - VİDEO

24 Noyabr 2025 11:45
Baxış: 343
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Dünya futbol ulduzu Kriştianu Ronaldonun oğlu Kriştianu Jr. ilə münasibətlərinə dair yeni iddialar sosial şəbəkələrdə geniş müzakirəyə səbəb olub.

Milli.Az xəbər verir ki, birlikdə göründükləri son görüntülərdə ata-oğul arasındakı davranışlar izləyicilər tərəfindən "soyuqluq" kimi qiymətləndirilib.

Paylaşılan videoda Ronaldonun görüş zamanı oğlunu öpməsi, daha sonra isə Juniorun üzünü sildiyi iddia edilən anlar sosial mediada sürətlə yayılıb. Bu jest bəzi istifadəçilər tərəfindən "atanın sevgisini qəbul etməmək" kimi şərh olunub.

Məsələ ilə bağlı rəy bildirənlər iki yerə bölünüb. Bir qrup bunu yeniyetməlik yaşının təbii reaksiyası kimi görür, digər qrup isə Ronaldonun məşhurluğu və daim kameralar qarşısında olmasının oğlunda psixoloji yorğunluq yaratdığını iddia edir.

Müzakirələr isə sosial şəbəkələrdə sürətlə yayılmağa davam edir.

Hüseyn
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.