İdman

“Azərbaycan yaxşı rəqibdir” - Kiprli futbolçu

7 Sentyabr 2020 20:04
Baxış: 948
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Müsbətlərin mənfilərdən çox olduğu bir oyundan çıxmışıq. Nəticədən məyus olsaq da, uduzduğumuz oyunda müsbət məqamlar çox idi".

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bu sözləri Kipr millisinin futbolçusu Konstantinos Laifis Millətlər Liqasının 1-ci turunda Monteneqroya uduzduqları (0:2) oyunu dəyərləndirərkən deyib.
 
Belçikanın "Standard" klubunun üzvü sabah millimizlə keçiriləcək oyun haqda da danışıb: "Azərbaycan yaxşı rəqibdir. Sabaha qədər onlar barədə bacardığımız qədər məlumat toplamağa çalışacağıq. Əminəm ki, gənclərimizlə güclü Kipr yığması quracağıq".

Qeyd edək ki, sabah Nikosiyada keçiriləcək Kipr - Azərbaycan oyunu Bakı vaxtı ilə 22:45-də başlayacaq.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.