İdman

Premyer Liqamızda yeni mövsüm başlayır

21 Avqust 2020 09:31
Baxış: 828
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Bu gün Azərbaycan Premyer Liqasında  2020/21 mövsümünə start veriləcək.
 
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ilk oyun günündə 2 matç keçiriləcək. Çempionatda ilk turun açılış görüşü Sumqayıtda olacaq. Ölkəmizi Avropa Liqasında təmsil edəcək "Sumqayıt"la "Keşlə" qarşılaşacaq. Matç saat 18:30-da başlayacaq.

Günün ikinci görüşündə Avroliqadakı digər təmsilçimiz "Neftçi"  "Səbail"i qəbul edəcək. Bu oyuna isə saat 20:30-da start veriləcək.

Qeyd edək ki, ilk turun digər qarşılaşmaları 22-23 avqust tarixlərində keçiriləcək.
 
21 avqust
 
18:30. "Sumqayıt" - "Keşlə"
Hakimlər: Elçin Məsiyev, Pərvin Talıbov, Müslim Əliyev, Nicat İsmayıllı
"Sumqayıt Arena"
 
20:30. "Neftçi" - "Səbail"
Hakimlər: Rauf Cabarov, Elşad Abdullayev, Namiq Hüseynov, Namiq Bəkirov
8-ci km stadionu

22 avqust (şənbə)

20:00. "Qarabağ" - "Sabah"
"Azersun Arena"

23 avqust (bazar)

19:00. "Qəbələ" - "Zirə"
Qəbələ şəhər stadionu

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.