İdman

"İnter" Sançesi birdəfəlik transfer etdi

6 Avqust 2020 16:24
Baxış: 615
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"İnter" "Mançester Yunayted"dən 2019/2020 mövsümünün əvvəli icarəyə götürdüyü Aleksis Sançesi  birdəfəlik transfer edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, çilili hücumçu ilə 2023-cü ilin iyununa kimi müqavilə imzalanıb. İtaliya təmsilçisi Sançes üçün "Mançester Yunayted"də təzminat ödəməyib.

İtaliya mətbuatı 31 yaşlı oyunçunun yeni müqavilə ilə ilinə 7 milyon avro qazanacağını yazıb.

Qeyd edək ki, Sançes bu mövsüm "İnter"də 30 matçda 4 qol vurub, 9 qolun ötürməsini verib.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.