İdman

Samir Abasov "Neftçi"dən bu qədər təzminat aldı

25 Noyabr 2025 12:43
Baxış: 411
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Ötən gün "Neftçi"nin baş məşqçi postundan qovulan Samir Abasovun aldığı təzminat məlum olub.

Milli.Az xəbər verir ki, paytaxt klubu 47 yaşlı mütəxəssisin öz xoşu ilə istefa verməsini istəsə də, buna nail olmayıb. Abasov klubdan müddəti cari mövsümün sonu - 2026-cı ilin iyunun 30-adək olan müqaviləsində nəzərdə tutulan bütün məbləği istəyib. "Ağ-qaralar" onun bu istəyini təmin edib.

"Neftçi"də aylıq 25 min manat məvacib alan Samir Abasov çalışdığı noyabr ayının maaşını çıxmaq şərtli ilə iyuna qədər - qalan 7 aya görə 175 min manat təzminat alacaq. Noyabrın maaşı ilə azərbaycanlı mütəxəssisin klubdan alacağı məbləğ 200 min manatdır.

Qeyd edək ki, Samir Abasov 2024-cü ilin oktyabrın 14-də "Neftçi"yə qayıtmış və 2 illik müqaviləyə imza atmışdı. O, daha əvvəl 2020-ci ilin noyabrından 2022-ci ilin yayınadək paytaxt komandasını çalışdırıb. 2020/21 mövsümün "ağ-qaralar"la Azərbaycan çempionu olub.(Publika.az)

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.