İdman

“Futbolçulara səfərlərimizdə bir neçə saat sərbəstlik veririk”

25 Noyabr 2025 19:09
Baxış: 320
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Biz bütün səfərlərimizdə futbolçulara bir neçə saat sərbəstlik veririk". 

Milli.Az xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov İtaliyada "Napoli" ilə keçiriləcək UEFA Çempionlar Liqasının 5-ci tur matçından öncə mətbuat konfransında deyib.

Çalışdırıcı bildirib ki, istənilən ölkədə kollektivə bunun üçün şərait yaradılır: "Çünki belə gözəl bir şəhər olan Neapolu və onun antik binalarını görmək hər bir futbolçunun arzusudur. Buna görə də onlar üçün belə bir şərait yaradırıq. Burada ciddi problem görmürəm. İstənilən səfərdə bu addımı atırıq". 

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.