Dünya

Bu kənddə qonaqlara ayı əti yedirirlər

25 Noyabr 2025 20:00
Baxış: 363
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Yaponiyanın şimalındakı Aomori kəndində vəhşi ayı əti turistlərə təqdim edilməyə başlayıb.

Milli.Az xəbər verir ki, kənddə "Matagi" adlanan peşəkar ovçular qanuni icazə və kvotalar çərçivəsində ayıları ovlayır.

Məlumata görə, ayı əti restoran və yerli müəssisələr üçün gəlir mənbəyi yaratmaqla yanaşı, qida israfının qarşısını almağa da xidmət edir.

Ət tünd və özünəməxsus dadlıdır, adətən xüsusi yeməklərdə təqdim olunur.

Təşəbbüs həm yerli iqtisadiyyatı gücləndirməyi, həm də ovçuluğun mədəni irsini qorumağı hədəfləyir.

Mina Mikayılova
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.