İdman

"Barselona" hücumçusuna 20 milyon avro qiymət qoydu

4 Avqust 2020 17:36
Baxış: 667
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Barselona"nın futbolçusu Martin Braytuayt karyerasını "Vest Hem"də davam etdirə bilər.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, transferlə bağlı klublar arasında danışıqlar inkişaf mərhələsindədir. Transfer gerçəkləşəcəyi təqdirdə, İngiltərə təmsilçinin təxminən 20 milyon avro təzminat ödəməsi gözlənilir.

Qeyd edək ki, "Barselona" fevralda 29 yaşlı hücumçunu 18 milyon avroya "Leqanes"dən alıb. O, Kataloniya təmsilçisində 11 oyunda 1 qol vurub.

Milli.Az

 
Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.