İdman

"Messini ya yuxumda, ya da "Playstation"da dayandıra bilərəm"

3 Avqust 2020 15:19
Baxış: 838
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Napoli"nin baş məşqçisi Cennaro Qattuzo Çempionlar Liqasının 1/8 finalında "Barcelona" ilə görüşdən öncə komandanın kapitanı Lionel Messi haqda danışıb.

Milli.Az sportinfo-ya istinadla xəbər verir ki, o, argentinalı hücumçu haqqında düşüncələri ilə bağlı verilən sualı belə cavablandırıb:

"Messini ya yuxumda, ya da oğlumun "Playstation"ında saxlaya bilərəm. "Milan"da oynayanda indikindən 10-15 kq arıq idim və onun qarşısını kəsməyə çalışmışdım".

Çempionlar Liqasının 1/16 finalının cavab oyunları çərçivəsində keçiriləcək "Barselona" - "Napoli" matçı avqustun 8-də baş tutacaq. Komandalar arasında ilk görüşdə 1:1 hesablı heç-heçə qeydə alınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.