İdman

"İnter" və “Napoli” qələbə qazandı

26 İyul 2020 10:58
Baxış: 1 089
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

İtaliya A seriyasında XXXVI tur davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, ikinci oyun günündə 3 matç baş tutub.

A seriyasında qalmaq şansını itirən "Breşiya" bu dəfə də uduzub. Autsayderlər qrupunun sakinini "Parma" məğlub edib.

"İnter" "Cenoa"nın qonağı olub. Darmadağına sevinən qonaqlar ikinci pilləyə qayıdıb.

Turnir cədvəlindəki qonşular "Sassuolo" və "Napoli" sonuncuların meydanında üz-üzə gəlib. Neapollular iki qolla qələbə qazanıb.

Qeyd edək ki, tura iyulun 26-da yekun vurulacaq.

İtaliya A seriyası
XXXVI tur
25 iyul
"Breşiya" - "Parma" - 1:2
Dessena, 62 - Damian, 59, Kuluşevski, 81
"Cenoa" - "İnter" - 0:3
Lukaku, 34, 90, Sançes, 83
"Napoli" - "Sassuolo" - 2:0
Hisay, 8, Allen 90

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.