İdman

"Mançester Yunayted" "Vest Hem"lə heç-heçə edib

23 İyul 2020 08:03
Baxış: 787
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Mançester Yunayted" İngiltərə Premyer Liqasının 37-ci turunda evdə "Vest Hem" lə heç-heçə edib.

Milli.Az Trend-ə istinadən bildirir ki, "Old Trafford" stadionunda baş tutan oyun 1:1 hesabı ilə başa çatıb.

Qonaqların hücumçusu Maykl Antonionun penalti nöqtəsindən vurduğu qola mankunianlar Meyson Qrinvudun dəqiq zərbəsi ilə cavab verib.

"Vest Hem" 38 bal toplayaraq 15-ci yerə yüksəldi və növbəti mövsüm üçün Premyer Liqada oynamağı davam edəcək. "Mançester Yunayted"in aktivində 63 xal var, komanda üçüncü yerdədir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.