İdman

Türkiyəli hücumçu millimizdə oynamaqdan imtina etdi

22 İyul 2020 19:34
Baxış: 1 319
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

AFFA Almaniyanın "Darmştadt" klubunun hücumçusu Sərdar Dursunu Azərbaycan millisinə dəvət edib.

Milli.Az qol.az-a istinadən xəbər verir ki, bunu 29 yaşlı forvard özü "Hürriyət"ə açıqlamasında deyib.

O, Türkiyənin əsas millisində oynamaq üçün bu təklifdən imtina etdiyini bildirib: "Azərbaycan millisində oynamaq üçün təklif almışam. Görüşümüz olub. Yığma komandalarında məni görmək istədiklərini dedilər. Amma mən Türkiyənin əsas millisində oynamaq istədiyimi bildirdim".

Qeyd edək ki, Sərdar Dursun 2018-ci ildən 2-ci Bundesliqa təmsilçisində çıxış edir.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.