İdman

Boks üzrə dünya çempionu döyüşə bir həftə qalmış koronavirusa yoluxub

25 İyun 2020 15:29
Baxış: 1 431
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Amerikalı boksçu, ikinci yarıağır çəkidə WBO versiyası üzrə dünya çempionu Camel Herrinq koronavirusa yoluxub.

Milli.Az Trend-ə istinadən xəbər verir ki, boksçunun titulunu müdafiə edəcəyi döyüşə bir həftə qalmış keçdiyi test müsbət nəticələnib.

Boksçu bildirib ki, xəstəlik onda simptomsuz davam edir. Hazırda o, özünütəcrid rejimindədir.

C.Herrinqin Conatan Okendo ilə planlaşdırılan döyüşü qeyri-müəyyən müddətə təxirə salınıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.