Koronavirusa görə İtaliyada dayandırılan futbol mövsümü bu gün bərpa olunur.
Milli.Az qol.az-a istinadən xəbər verir ki, ölkə kubokunun yarımfinalının cavab matçında "Yuventus" "Milan"ı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Komandalar arasında keçirilən ilk oyunda 1:1 hesabı qeyd alınıb.
Yarımfinal mərhələsinə sabah keçiriləcək "Napoli" - "İnter matçı ilə yekun vurulacaq. Bu komandaların ilk duelində isə "Napoli" qalib gəlib - 1:0.
Milli.Az