İdman

Ceydon Sanço Premyer Liqa nəhəngi ilə razılaşdı

20 Aprel 2020 18:14
1 Şərh     Baxış: 1 878
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Borussiya"nın futbolçusu Ceydon Sanço karyerasını İngiltərədə davam etdirəcək.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, "Mançester Yunayted" 20 yaşlı futbolçuyla razılıq əldə edib.

"Qırmızı şeytanlar"ın Sanço ilə müqavilənin müddəti və məvaciblə bağlı anlaşdığı bildirilir. İngiltərə klubu hazırda Borussia ilə təzminat məsələsində razılaşmaq üçün müzakirələr aparır. Sançonun Premyer Liqa üçün rekord məbləğdə transfer ola biləcəyi gözlənilir.

Qeyd edək ki, Sançonun "Borussiya" ilə müqaviləsi 2022-ci ilin iyununadək nəzərdə tutulub.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.