İdman

“Survivor” mənim üçün gözlənilməz macəra oldu” - Pərviz Abdullayev

14 Aprel 2020 18:29
3 Şərh     Baxış: 1 221
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

Türkiyənin TV8 kanalında yayımlanan "Survivor" yarışmasında mübarizəni dayandıran kikboks üzrə 6-qat dünya çempionu Pərviz Abdullayev "Instagram"da paylaşım edib.

Milli.Az xəbər verir ki, idmançı onu dəstəkləyənlərə təşəkkür edib: 

"Bütün məni sevən, dəstək olan hər kəsi salamlayıram. Çoxdandır arzusunda olduğum "Survivor" yarışması mənim üçün gözlənilməz macəra oldu. Yarışmada keçirdiyim zaman ərzində həmvətənlərimin və türk qardaşlarımın dəstəyini hiss etdim. Mənə qarşı olan daimi inamınızı bacardığım qədər doğrultmağa çalışdım. Həm xarakterimlə, həm göstərdiyim çıxışla sizi sevindirmək istədim.

Yarışmadakı türkiyəli dostlarımın mənə qarşı hörməti və sevgisi sayəsində özümü qəriblikdə hiss etmədim. Bir daha gördüm ki, bütün addımlarımda mənə hər zaman dəstək olan, uğuruma sevinən iki dövlət, bir millət olaraq Azərbaycandan Türkiyəyə qədər uzanan böyük bir ailəm var. Yaxşı dostlar qazandım. Ordakı dostlarıma yarışmada və şəxsi həyatlarında uğurlar arzu edirəm və bütün "Survivor" kollektivinə minnətdarlığımı bildirirəm. Məni dəstəkləyən hər kəsə də təşəkkür edirəm".

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.