İdman

AFFA "Roma"nın sabiq baş məşqçisinə təklif göndərib

6 Aprel 2020 10:59
0 Şərh     Baxış: 2 243
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

"Roma"nın sabiq baş məşqçisi Eusebio Di Françesko AFFA-dan təklif alıb.

Milli.Az matc.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb.

Bildirilir ki, italiyalı mütəxəssis "Fənərbağça"nın da maraq dairəsinə düşüb. İstanbul təmsilçisinin kapitanı Əmrə Bələzoğlu klub rəhbərliyinə komandanın başına Di Françeskonu gətirməyi məsləhət görüb. Bunun ardından prezident Ali Koç baş məşqçi ilə təmasa keçib. Tərəflər arasında danışığın detalları açıqlanmasa da, mütəxəssis Türkiyə klubundan təklif aldığını təsdiqləyib.

İtaliyalı hələlik "Fənərbağça" ilə bağlı yekun qərarını verməyib. Buna səbəb onun başqa komandalardan da təklif almasıdır. Türkiyə mətbuatı Di Françeskonun Azərbaycan millisinin də başına gətirilmək istəndiyini yazıb. Hətta xəbərdə AFFA-nın baş məşqçiyə təklif göndərdiyi də qeyd edilib.

Qeyd edək ki, Di Françesko 2017-19 -cu illərdə "Roma"nın baş məşqçisi olub. Paytaxt klubundan ayrıldıqdan sonra ötən il "Sampdoria"nın başına keçən 50 yaşlı çalışdırıcı uğursuz gedişatın ardından istefaya yollanıb.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.