İdman

Çempionlar Liqası: 1/8 finalın ilk oyunlarına təyinatlar açıqlandı

16 Fevral 2020 17:40
0 Şərh     Baxış: 2 560
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin ilk oyunları çərçivəsində keçiriləcək Atletico Madrid - Liverpool və Borussia Dortmund - PSG matçına təyinatlar məlum olub.

Milli.Az goal.az-a istinadən xəbər verir ki, bu barədə UEFA-nın rəsmi saytı məlumat yayıb.

Madriddə keçiriləcək Atletico - Liverpool oyunu Polşadan olan hakimlər briqadasına tapşırılıb. Qarşılaşmanın baş hakimi Şimon Marçinyak olacaq. Ona Pavel Sokolniçki və Tomas Listkieviç kömək edəcək. Dördüncü hakim funksiyasını isə Tomaş Musyal yerinə yetirəcək. VAR hakimləri isə Pavel Gil və Tomas Kviatkovski olacaq.

Dortmundda keçiriləcək Borussia - PSG matçını isə İspaniyadan olan hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Antonio Mateu Lahos olacaq. Ona Pau Sebrian Devis və Roberto del Palomar kömək edəcək. Dördüncü hakim funksiyasını isə Xose Luis Munuera Montero və Rikardo Burqos olacaq.

Hər iki görüş fevralın 18-də, saat 00:00-da start götürəcək.

Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.