İdman

30 yaşlı idmançıdan 16 yaşlı qıza əxlaqsız təklif - FOTO

7 Yanvar 2020 10:22
2 Şərh     Baxış: 6 556
VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Amerikada son dövrlərin ən məşhur simalarından olan reper Bad Babie (əsl adı Danielle Bregoli) məşhur boksçu Adrien Bronerdən aldığı mesajları yayımlayıb.

Milli.Az fanat.az-a istinadən xəbər verir ki, 30 yaşlı keçmiş dünya çempionu 16 yaşlı qıza qeyri-etik mesajlar yazıb. Gənc reperin mesajları yayımlamasından sonra sabiq dünya çempionu sosial media istifadəçilərinin hədəfinə çevirilib. Əksəriyyət Bronerin yetkinlik yaşına çatmayan qıza qeyri-etik mesajlar yazdığı üçün həbs edilməsini tələb edib.

Olaydan sonra açıqlama verən Broner səhfini etiraf edib: "Səhv etdiyimi qəbul edirəm. Kimsə bir uşaqla birlikdə olmaq istəməz. Amma insanların profilində yaşları görünmədiyi üçün buna görə "Instagram"ı günahlandırıram. Bu profil qarşıma çıxanda yetkinlik yaşına çatmış qız olduğunu düşündüm".

Qeyd edək ki, bu Bronerlə bağlı ilk qalmaqal deyil. Boksçu 2018-ci ildə Klivlend şəhərindəki gecə klubunda bir qadına təcavüz etməkdə suçlanmışdı. Həmin vaxt həbs olunsa da, 830 min dollar ödəməyi qəbul edərək azadlığa çıxmışdı.

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2024 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.