İdman

"Kayrat"ın tarix yazan məşqçisinə görün nə hədiyyə edildi - FOTO

31 Avqust 2025 18:59
Baxış: 1 684
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Astana Motors"un təsisçisi Nurlan Smauqlazov Qazaxıstanın "Kayrat" klubunun baş məşqçisi Rafael Urazbaxtinə hədiyyə verib.

Milli.Az xəbər verir ki, yerli iş adamı komandanı Çempionlar Liqasının əsas mərhələsinə çıxardığı üçün mütəxəssisə avtomobil bağışlayıb.

Smauqlov ona bu sözləri deyib: "Qalibiyyətinizlə qürur duyuruq. Bu, yalnız "Kayrat" üçün deyil, bütün Qazaxıstan futbolu üçün böyük bir addımdır. Sizə yeni uğurlar arzulayırıq və komandaya dəstək verməyə həmişə hazırıq. İnanırıq ki, "Kayrat" Avropanı təəccübləndirə biləcək. Qarşınızda isə Almatıda keçiriləcək əfsanəvi Madrid "Real"ı ilə oyun var. Bu, dünya miqyaslı hadisədir, sizə dəstək olacağıq".

Qeyd edək ki, "Kayrat" Çempionlar Liqasının pley-off mərhələsinində Şotlandiyanın "Seltik" klubunu üstələyərək tarixdə Qazaxıstandan əsas mərhələyə yüksələn ikinci komanda olub. Bu klub tarixində isə ilkdir. (Publika.az)
 

Milli.Az

Məqaləyə dair fotomateriallar:

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.