Siyasət

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlandı

17 Yanvar 2026 12:39
Baxış: 348

XIII Qlobal Bakı Forumunun keçiriləcəyi tarix açıqlanıb.

Milli.Az xəbər verir ki, bu barədə Nizami Gəncəvi Beynəlxalq Mərkəzi "X" hesabında paylaşım edib.

Bildirilib ki, tədbir cari ilin martın 12-14-də baş tutacaq.

Forumda 400-dən çox xarici qonağın iştirakı gözlənilir.

Qeyd edək ki, NGIC hər il Qlobal Bakı Forumunu təşkil edir. 2025-ci ildə bu forum 12-ci dəfə keçirilib və hökumət rəhbərlərini, dövlət və özəl sektor nümayəndələrini, Nobel mükafatı laureatlarını və vətəndaş cəmiyyəti fəallarını bir araya gətirib.

Forum Şərqi Avropa, Cənubi Qafqaz, Mərkəzi Asiya və Yaxın Şərqdə aparıcı platforma kimi özünü təsdiqləyib və nüfuzlu mütəxəssislərə qlobal çağırışları müzakirə etmək və əməkdaşlıq, sülh və dayanıqlı inkişafın təşviqi üzrə strategiyalar hazırlamaq imkanı təqdim edir.

Milli.Az

 

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2026 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.