Astroloqlar bürclərin hər biri üçün münasibətlərdə "son hədd"in nə olduğunu açıqlayıblar.
Milli.az bürclərin sevgidə hansı halları bağışlamadığını təqdim edir.
Qoç - xəyanət
Qoçlar münasibətlərdə açıq və dürüst olurlar və qarşı tərəfdən də bunu gözləyirlər. Xəyanət isə etimadı tamamilə sarsıdır və əksər hallarda ayrılığa aparan yolun başlanğıcı olur.
Buğa - qəlbin sındırılması
Buğa nə qədər çox incidilərsə, sizi həyatından silmək ehtimalı da bir o qədər artır. Onun səbrinin də bir həddi var.
Əkizlər - hörmətsiz münasibət
Onların fikirlərini kiçiltmək, intellektual baxımdan özünü üstün göstərmək Əkizlərin marağını və enerjisini birdəfəlik söndürə bilər.
Xərçəng - soyuq davranış və uzaqlaşma
Xərçəng laqeydliyə, susqunluğa və emosional məsafəyə dözə bilmir. Bu cür münasibət onu sevgi hekayəsini bitirməyə sövq edir.
Şir - alçaldılmaq
Şirin güclü özgüvəni var. Ona həsəd aparmaq olar, amma alçaltmaq olmaz - belə davranışı əsla bağışlamır.
Qız - yalan
Qız bürcünün güclü intuisiyası var. Hətta xırda yalanlar belə onun etibarını itirməyə və münasibətin zədələnməsinə səbəb ola bilər.
Tərəzi - davamlı gərginlik
Tərəzilər harmoniya və daxili sakitliyi hər şeydən üstün tuturlar. Münasibət daim stress və gərginlik yaradırsa, bir gün bu yükdən imtina edəcəklər.
Əqrəb - gizlinlər
Əqrəblər onlardan nəsə gizlədilməsinə dözmürlər. Tam səmimi ola bilmirsinizsə, bu bürclə münasibət qurmaq çətin olacaq.
Oxatan - həyat eşqinin sönməsi
Oxatanlar pozitivliyi və enerjini sevirlər. Daim şikayət edən və pessimist insanlar onların həyat həvəsini azaldır.
Oğlaq - məsuliyyətsizlik
Oğlaqlar etibarlılığa böyük önəm verirlər. Sözündə durmayan, məsuliyyətdən qaçan insanı həyatlarında saxlamaq istəmirlər.
Dolça - özün olmamaq
Əgər daim başqalarını razı salmağa çalışır, öz fərdiliyini itirirsinizsə, Dolça ilə uyğunluq tapmaq çətin olacaq.
Balıqlar - puç olan arzular
Balıqlar xəyallarını ələ salan, daxili dünyasını anlamayan və hisslərini dəyərsizləşdirən insanlardan sakitcə uzaqlaşırlar.
Milli.Az





