İdman

"Beşiktaş" kisəsinin ağzını açdı: İtaliya nəhənginin 2 ulduzunu alır

16 May 2025 17:05
Baxış: 621
VTB-də minimal faiz dərəcəsi ilə nağd kredit 10.49%-dən

"Qara Qartal"ın yeni mövsüm üçün əsas hədəflərindən biri hücumçu mövqeyinə transfer etməkdir.

Milli.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub rəsmiləri diqqətini A Seriyasına yöməldiblər. 

"Beşiktaş" bu çərçivədə İtaliya nəhəngi "Roma"nın ulduz forvardını və Türkiyə millisinin oyunçusunu almaq üçün italiyanların qapısını döyəcək. 

Komandanı ayağa qaldıracaq hücumçu axtarışında

"Qara Qartal"ın yeni mövsümdə gündəmində olan iki əsas ad "Volfsburq"-un hücumçusu Jonas Vind və "Roma"nın "Milan"a icarəyə verdiyi Tammy Abrahamdır.

Abraham bir addım öndə

Hazırkı şərtlərə görə bu iki futbolçudan bir qədər öndə olanın Tammy Abraham olduğu bildirilir. "Milan"da yenidənqurmaya gediləcəyi və "Roma"da da şans qazanmasının çətin olduğu üçün "Beşiktaş"ın ingilis ulduz üçün hərəkətə keçdiyi qeyd olunur.

Solskyaerin rolu böyük olacaq

"Roma" ilə 2027-ci ilə qədər müqaviləsi olan 27 yaşlı futbolçunu inandırmaq prosesində onu Premyer Liqadan tanıyan məşqçi Solskyaerin əsas rol oynayacağı bildirilir.

Abrahamın performansı

İngilis hücumçu bu mövsüm "Milan"da 44 oyunun 17-də start heyətdə yer alıb, 10 qol vurub və 5 asist edib.

Zeki Çelik də siyahıdadır

Bundan əlavə, "Beşiktaş"ın, A Seriyası təmsilçilərindən "Roma"da çıxış edən milli futbolçu Zeki Çeliki transfer etmək istədiyi deyilir. "Roma"nın başına Ranierinin keçməsindən sonra əsas heyətdə daha çox yer alan Zekinin klubla müqaviləsi 2026-cı ildə başa çatacaq.Qara "Qartal"ın mövsüm sonunda təcrübəli sağ cinah müdafiəçisi üçün Roma ilə danışıqlara başlayacağı gözlənilir.

Tural
Milli.Az

Azernews Newspaper

XƏBƏR LENTİ

Copyright © 2025 Milli.Az

Saytdakı materialların istifadəsi zamanı istinad edilməsi vacibdir. Məlumat
internet səhifələrində istifadə edildikdə hiperlink vasitəsi ilə istinad mütləqdir.